“Onlara görə həyəcan keçirirdim, Şükür Allaha ki...”

00:30 Turan 57
“Onlara görə həyəcan keçirirdim, Şükür Allaha ki...”

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 10-cu turunun "Sabah"la (3:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Qələbəyə görə çox sevinirəm. Çox ağır oyun oldu. Axıra yaxın təşəbbüsü əldən verdik. Amma qələbəyə görə şada".

- Azərbaycan çempionu uzun müddət idi ki, uduzmurdu. Gözəl oyunla qazanılan gözəl qələbədə həlledici məqam nə oldu?

- Əsas məsələ çempiona qarşı yaxşı köklənmək idi. Futbolçular özlərini sübut etmək istəyirdilər. İkincisi, nizam-intizam rol oynadı. Amma təbii ki, son 10 dəqiqəni çıxmaq şərtilə.

- Hayderson Hurtado yersiz sarı vərəqə aldı ki, sizi də əsəbiləşdirdi. Qələbəyə görə onu bağışlamaq olar?

- Emosiyalara görə oldu. Ona elə gəldi ki, top rəqibin futbolçusunun əlinə dəymişdi. Ancaq emosiyalarına hakim olmalı idi. Bəli, bilirəm ki, cəzalı duruma düşdü.

- "Turan" voleybol komandası dünən avrokuboklarda qələbə qazandı, bu gün isə siz Çempionlar Liqasının iştirakçısını evdə məğlub etdiniz. Yayda Tovuzda Avropa komandalarını görəcəyik?

- "Turan" voleybol komandasının ilk oyununu da izləmişdim. Dünənki cavab görüşün də izlədim. Onlara görə həyəcan keçirirdim. Şükür Allaha, qələbə qazandılar. Allah etsin ki, Bolqarıstan klubunu da məğlub etsinlər. Bu, Tovuz azarkeşləri üçün bayramdır. Biz də öz dəstəyimizi verməliyik.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM