Premyer Liqada 50 və daha çox oyunda uduzan 31-ci komanda hansıdır?

03:50 Turan 90
Premyer Liqada 50 və daha çox oyunda uduzan 31-ci komanda hansıdır?

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının VIII turunda “İmişli”yə 0:1 hesabı ilə məğlub olub.

Sportinfo.az Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, bu, qərb təmsilçisinin turnirdə 50-ci məğlubiyyəti kimi tarixə düşüb.

Tovuz təmsilçisi 149-cu oyununda 50-yə çatıb. Məğlubiyyətlərdən 25-i evdə, 25-i səfərdə qeydə alınıb. “Turan Tovuz” 50 və daha çox oyunda uduzan 31-ci komandadır.

Komandanın ilk məğlubiyyəti 2022-ci il avqustun 8-də “Qəbələ” ilə ev görüşündə qeydə alınıb – 0:2.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?