Premyer Liqanın xəyalını quranlar “kəllə-kəlləyə” gəlir - Dörd stadiondan CANLI YAYIM

15:00 I Divizion 118
Premyer Liqanın xəyalını quranlar “kəllə-kəlləyə” gəlir - Dörd stadiondan CANLI YAYIM

Bu gün I Liqada yeddinci tura yekun vurulacaq.

Sportinfo.az xəbər verir ki, ikinci oyun günündə 4 qarşılaşma keçiriləcək.

Turun mərkəzi matçı Masazırda olacaq. Premyer Liqaya iddialı «Səbail» burada «Gəncəbasar»ı qəbul edəcək.

Elnur Abdullayevin baş məşqçisi olduğu nominal ev sahibləri qalib gələrsə, çempionluq şansını saxlayacaq. Əks halda, o, vəzifəsi ilə vidalaşmaq təhlükəsini başı üzərində hiss eləyəcək.

Liderlər qrupundan uzaqlaşmaq istəməyən «Karvan» Yevlaxda «Şimal»i sınağa çəkəcək. Üçüncü sırada yer alan MOİK isə Zaqatalada eyniadlı komandanın önünə çıxacaq.

Turnir cədvəlinin son pilləsində yer alan «Baku Sportinq»ə gəlincə, Bəxtiyar Soltanovu baş məşqçi postuna əyləşdirmiş Buzovna təmsilçisi doğma qəbəsədə «Xankəndi» ilə qüvvəsini sınayacaq.

“Baku Sportinq” – “Xankəndi”
Hakimlər: Niyaz Əhmədov, Rasim Axundov, Samir Qaracayev, Kamran Əliyev
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
“Baku Sportinq Arena”

“Karvan-Yevlax” – “Şimal”
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Rəşad Quliyev, Nazim Abdullayev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mahal Məmmədov
Yevlax şəhər stadionu

“Zaqatala” – MOİK
Hakimlər: Ruslan Quliyev, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Namiq Bəkirov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Namiq Əliyev
Zaqatala OİK stadionu

“Səbail” – “Gəncəbasar”
Hakimlər: Rəvan Həmzəzadə, Eyyub İbrahimov, Elmin Süleymanov, Ceyhun Hüseynov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Bank Respublika Arena”

Digər Xəbərlər
Xəbər Lenti