“Sabah”ın əcnəbisi UEFA-nın saytına nələri etiraf elədi?

13:40 Sabah 129
“Sabah”ın əcnəbisi UEFA-nın saytına nələri etiraf elədi?

“Sabah”ın yarımmüdafiəçisi Kristian Nvaçukvu Çempionlar Liqasının Liqa mərhələsində Norveçdə “Vikinq”ə 1:4 hesablı məğlubiyyəti şərh edib.

Sportinfo.az xəbər verir ki, nigeriyalı oyundan sonra UEFA-nın mətbuat xidmətinə bunları deyib:

“Bizi asan oyun gözləmədiyini bilirdik və elə də oldu. Rəqib öz imkanlarından yararlandı.

Bizim də qol vurmaq fürsətlərimiz var idi, amma onların hamısından istifadə edə bilmədik. Rəqib isə yaratdığı vəziyyətlərdən maksimum nəticə çıxardı.

Müəyyən təcrübə qazandıq və bundan nəticə çıxarmalıyıq”.

Digər Xəbərlər
Xəbər Lenti