Çempionlar Liqası çərçivəsində keçirilən “Vikinq” – “Sabah” (4:1) oyunu heyət tərkibinə görə diqqətçəkən bir statistik fərqlə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, “Vikinq” bu matçda meydana cəmi 1 legioner - avstraliyalı Stensnessi buraxıb.
Komandanın heyətində yer alan digər 10 futbolçu isə Norveç vətəndaşları olub.
Azərbaycan təmsilçisi isə eyni qarşılaşmada tam əks mənzərə nümayiş etdirib. Komandanın start heyətində Azərbaycanı təmsil edən cəmi 1 yerli (Abdulla Xaybullayev) yer alıb, qalan 10 mövqeni isə əcnəbi tutub.

