“İmişli”yə məğlubiyyətdən sonra psixoloji baxımdan bərpa olunmaq və “Neftçi”ylə oyuna hazırlaşmaq üçün vaxtımız var”.
“Turan Tovuz”un qapıçısı Oleq Baklov Sportinfo.az-a açıqlamasında komandasının növbəti oyunu barədə danışıb.
Ötən həftə gözlənilmədən “İmişli”yə məğlub olan və liderlər qrupunda yer almaq şansını əldən verən bölgə təmsilçisi üçün “ağ-qaralar”la matçın nəticəsi olduqca önəmlidir.
“Turan Tovuz” bu dəfə də uduzsa, avrokuboklara vəsiqə yolunda ciddi zərbə alacaq. Yox, əksi baş versə, mübarizə qızışacaq.
Tacikistanlı kiper “Neftçi”ylə duel barədə iddialı danışmaqla diqqət çəkib:
“Əsas rəqiblərimizdən biri ilə vacib qarşılaşmadır. Əlimizdən nə gəlirsə etməliyik ki, meydanı 3 xalla tərk edək.
Komandanın gücünə inandığım üçün bunu bacara biləcəyimizi düşünürəm. Nəticələrə və turnir cədvəlinə baxsaq, “Neftçi” xoş təsir bağışlayır.
Lakin bizim üçün rəqibin kimliyi önəm daşımır. Hədəf dəyişməz qalır – meydana çıxıb qələbə qazanmaq. Bunun üçün çalışacağıq”.
Oktyabrın 24-də “Palms Sports Arena”da keçiriləcək oyun saat 19:00-da başlayacaq.
HƏBİB
