“Ehtiram Quliyev sədrdir, təsisçi deyil - İctimai birlik klubu sata bilərmi?!"

22:40 Turan 128
“Ehtiram Quliyev sədrdir, təsisçi deyil -  İctimai birlik klubu sata bilərmi?!"

Sportinfo.az xəbər verir ki, sosial şəbəkədə "Turan Tovuz" klubunun sahibi Ehtiram Quliyevin klubu satdığı və hazırda komandanı Həsən Zeynalovun idarə etdiyi barədə iddialar yayılıb.

İddialar barədə "Turan Tovuz" Peşəkar Futbol Klubu (PFK) İctimai Birliyinin (İB) İdarə Heyəti sədrinin müavini Nəsimi Paşayev deyib ki, qurum "Turan Tovuz" PFK İB kimi fəaliyyət göstərir, Ehtiram Quliyev isə birliyin İdarə Heyətinin sədridir:

"Klubun hüquqi statusu ictimai birlikdir - "Turan Tovuz" PFK İctimai Birliyi. Ehtiram Quliyev isə İB-nin idarə heyətinin sədridir, yəni təsisçi deyil. İctimai birlik klubu sata bilərmi?!"

"Turan Tovuz" klubu Misli Premyer Liqasında 9 turdan sonra 15 xalla dördüncü pillədə qərarlaşıb (oxu.az).

Digər Xəbərlər
Xəbər Lenti