Misli Premyer Liqasının X turunda "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub.
Sportinfo.az xəbər verir ki, Tovuz şəhər stadionunda baş tutan görüş meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.
Qolları Enrike Silva (28), Joralem Santos (30, 37) rəqib qapısından keçiriblər. Bakı təmsilçisinin heyətində isə Coy Lens Mikels (70) və Ksander Severina (87) fərqləniblər.
Ehtiyatda daha bir oyunu olan "Sabah" 20 xalla birinci pillədə qərarlaşıb. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncüdür.
“Turan Tovuz” - “Sabah” 3:2
Tovuz şəhər stadionu, 4000 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Akif Əmirəli, Namiq Hüseynov
Dördüncü hakim: Əkbər Əhmədov
VAR: Fərid Hacıyev
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elman Musayev
Sarı vərəqələr: Oleq Baklov, 90+1 (oyunun bərpasının ləngidilməsi); Roberto Olabe, 90+2 (qeyri-idman hərəkəti); Hayderson Hurtado, 90+5 (hakimin qərarına etiraz) // Du Keyros, 7 (qeyri-idman hərəkəti); İvan Lepiniça, 56 (qeyri-idman hərəkəti); Akim Zedadka, 90+2 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Əziz Salmanov, 82 (hakimin qərarına etiraz); Valdas Dambrauskas, 85 (hakimin qərarına etiraz)
Qollar: Enrike Silva, 28; Joarlem Santos, 29; 67 // Coy Lens Mikels, 70; Ksander Severina, 87
Artırılan vaxt: I hissədə 1 dəq; II hissədə 6 dəq.
“Turan Tovuz”
1. Oleq Baklov
5. Roderik Miller
(4. Rahil Məmmədov, 82)
21. Stiv Beusnar
(11. Dioqo Balau, 76)
3. Enrike Silva
(25. Denis Marandiçi, 76)
23. Alexandro Serrano
90. Joarlem Santos
(8. David Tavareş, 82)
77. Vadji İbrahima
32. Hayderson Hurtado (k)
7. Xorxe Silva
33. Filip Damyanoviç
28. Aleksa Yankoviç
(19. Roberto Olabe, 65)
Ehtiyat oyunçular:
35. Aleksey Kenyaykin
13. Mehman Hacıyev
17. Rəhim Sadıxov
88. Faiq Hacıyev
99. Sadiq Şəfiyev
15. Emmanuel Hakman
Baş məşqçi: Kurban Berdiyev
“Sabah”
92. Stas Pokatilov (k)
5. Rəhman Daşdəmirov
(4. Eyden Makkarti, 46)
6. Abdulax Xaybulaev
80. Akim Zedadka
3. Stiv Solvet
27. Timoteuş Puxaç
13. İvan Lepiniça
11. Kahim Parris
(20. Coy Lens Mikels, 46)
37. Du Keyros
(10. Aleksey İsayev, 65)
99. Patrik Mbina
(18. Karlos Eduardo, 65)
8. Kristian Nvaçukvu
(34. Ksander Severina, 80)
Ehtiyat oyunçular:
94. Rəvan Mirzəmmədov
17. Tellur Mütəllimov
9. Xəyal Əliyev
33. Junior Almeyda
88. Rodriqo Fernandeş
7. Umarali Raxmonaliyev
23. Yunes Laşaab
Baş məşqçi: Valdas Dambrauskas
