Azərbaycan Premyer Liqasında mübarizə aparan komandanın futbolçusu mövsümün hədəflərindən danışıb.
Söhbət “Turan Tovuz”un qapıçısı Oleq Baklovdan gedir.
Tacikistan millisinin üzvü Sportinfo.az-a açıqlamasında bildirib ki, rəhbərliyin əsas məqsədi çempionluqdur. Vu bunun üçün komandası hər oyunda qələbə qazanmağa çalışacaq.
“Rəhbərliyin qarşıya qoyduğu əsas məqsədlərdən biri çempion olmaqdır. Çempionatda güclü və layiqli rəqiblər var.
Real potensialımızın çempionluğa, yoxsa mükafatçılar sırasına düşməyə çatması ilə bağlı konkret fikir söyləyə bilmərəm.
Biz futbolçuların vəzifəsi hər oyuna çıxmaq və qələbə qazanmağa çalışmaqdır. Futbolda hər şey mümkündür”.
Səkkiz turdan sonra aktivində 14 xal olan “Turan Tovuz” 4-cü pillədə qərarlaşıb.
HƏBİB
