Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində bu gün növbəti matçına çıxacaq.
Yığma Çexiya ilə üz-üzə gələcək.
Lənkəran Olimpiya İdman Kompleksində saat 16:00-da start götürəcək
Komandamız bu rəqiblə keçirdiyi ilk görüşdə 1:2 hesabı ilə uduzub.
Cavab oyununun Lənkənara salınması təsadüf deyil. Federasiya məcburiyyətdən bölgəyə üz tutub.
Belə ki, qurum Bakıda bu qarşılaşmanın təşkili üçün münasib yer tapmayıb. Daha dəqiq desək, bir neçə ünvana baş çəkilib, baxış keçirilib, müraciət olunub, lakin müsbət cavab alınmayıb.
SPORTİNFO.AZ
Azərbaycan – Çexiya
DÇ-2028. Əsas mərhələ. XII qrup
5 noyabr. Lənkəran OİK. Saat 16:00
Hakimlər: Chiara Perona, Martina Pikkolo, Simone Zanfino
(Hamısı İtaliyadandır)
Timekeeper: İmran Məhərrəmov (Azərbaycan)
Hakim-inspektor: Viktor van Helvoirt (Niderland)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)
