“Turan Tovuz”un futbolçusu Xəyal Nəcəfov əməliyyat olunub.
Əməliyyata səbəb futbolçunun böyrəyində daş aşkarlanması və bunun ona ağrı verməsi olub.
Maraqlıdır ki, Xəyal Nəcəfov “İmişli” ilə son matçda da ağrılarla mübarizə aparıb. Buna baxmayaraq, komandasına kömək etmək üçün meydana çıxan futbolçu qarşılaşmadan bir gün sonra əməliyyat olunub.
Həkimlərin rəyinə əsasən, təcrübəli yarımmüdafiəçinin təxminən bir ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Xəyal cari mövsümdə Tovuz təmsilçisinin heyətində 3 oyunda 62 dəqiqə meydanda olub.
HƏBİB / SPORTİNFO.AZ
