Papağını qarşısına qoy və yekun qərarını ver - Ya o, ya bu!

14:40 Sabah 162
Papağını qarşısına qoy və yekun qərarını ver - Ya o, ya bu!

«Sabah» ağır qrafiklə oynamağa, adından söz etdirməyə hazır deyil.

İki yol arasında qalmaq gərginlik yaradır: həm fiziki, həm psixoloji aspektdə.

Velko Simiç kimi 2-3 futbolçudan asılılıq faizi yüksək komandasansa, seçim etməlisən - ya Premyer Liqa, ya da Çempionlar Liqası.

Velko Simiçin olmadığı oyunda «Turan Tovuz»la bacarmayan «Sabah»ın «Vikinq» səfərindən 1:4 hesablı məğlubiyyətlə dönməsi təbiidir.

Həvəs və maraq yaxşı keyfiyyətdir. Ancaq bir yerə qədər.

«Sabah» Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqla boyundan çox yuxarı tullanıb. Bu, onlardan qətiyyən gözlənilmirdi.

İlk dəfə belə mötəbər yarışda iştirak edən komandadır, həqiqətən indiyədək qədər fantastik işlər görüblər.

Bura qədər bəsdir. Bundan sonra onlardan nəsə gözləmək, nəsə istəmək, nəsə tələb etmək qətiyyən olmaz!

Valdas Dambrauskas bu gün papağını qarşısına qoymalı və yekun qərarını verməlidir. ÇL-in pley-off mərhələsinə vəsiqə qazanmağa ümid etməyə dəyməz,

fikrini Premyer Liqaya yönəltsə və futbolçularının da diqqətini bu tərəfə çəksə, daha düzgün olar. Xəyal dənizindən tez çıxmağın vaxtıdır, sabah «Sabah» üçün gec olacaq yoxsa.

Bir də baxacaqlar ki, Premyer Liqada çempionluq yarışından qopublar. «Qarabağ»ı hələ qoyuruq bir kənara, «Neftçi» ilə «Turan Tovuz» qızılın iyini alıb, onları düşünmək mütləqdir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti