Daha bir futbol ulduzu formasını Həbibə göndərdi – FOTO

24 Fevral 15:20 Top Maqazin 341
Daha bir futbol ulduzu formasını Həbibə göndərdi – FOTO

UFC çempionu Həbib Nurməhəmmədovun çılğın futbol azarkeşi olduğu bəllidir.

Sportinfo.az xəbər verir ki, Həbib “Real” azarkeşidir.

Amma o, digər klubların məşhur futbolçuları ilə də münasibət qurub. Bir sıra futbolçular ona formalarını hədiyyə ediblər.

Onların sırasına Dortmund “Borussiya”sının hücumçusu Erlinq Holand da qoşulub. O, imzalı formasını Həbibə göndərib.

Nurməhəmmədov bu barədə “instaqram”da məlumat yayıb və Erlinqə təşəkkürünü bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:40 Kərim Ronaldonu ötdü