Çempionluğa iddialı klubun rəhbərliyi baş məşqçini istefaya göndərir, ya saxlayır?

15:00 Turan 172
Çempionluğa iddialı klubun rəhbərliyi baş məşqçini istefaya göndərir, ya saxlayır?

«Turan Tovuz» sabah Premyer Liqanın dördüncü turu çərçivəsində «Sumqayıt»ı qəbul edəcək.

Ötən həftə qərb derbisində «Kəpəz»ə 0:1 hesabıyla uduzan «bozqurdlar» üçün qarşıdakı matçın nəticəsi çox önəmlidir.

Hər halda rayon təmsilçisi çempionluq iddiasında olduğunu ən üst səviyyədə açıqlayıb.

İlk turda «Qəbələ» üzərində 1:0-lıq qələbənin ardını gətirə bilməyən klubun Kurban Berdiyevlə yolları ayırmağa hazırlaşması yönündə xəbərlər yayılıb.

İddialara görə, «Turan» doğma azarkeşləri önündə yenə 3 xala həsrət qalsa, baş məşqçi ilə müqaviləyə birtərəfli qaydada xitam veriləcək.

Saytımız bu informasiyanı araşdırıb.

Redaksiyamıza daxil olan məlumata görə, rəhbərlik rusiyalı çalışdırıcının fəaliyyətindən, komandanın sərgilədiyi oyundan qətiyyən məmnun deyil, lakin onun istefaya göndərilməsi hələlik gündəmdə deyil.

İdarə Heyətinin sədri Ehtiram Quliyev bir qədər də səbrli tövr nümayiş etdirəcək - o, Berdiyevlə vidalaşmağın vaxtının çatdığını düşünmür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti