Denis Marandiçi 2 ilə yaxın aradan sonra meydanlara qayıdıb.
Moldovalı müdafiəçi bir müddətdir məşqlərə qoşulur və hazırlıq prosesində iştirak edir.
Amma əcnəbi futbolçu yeni mövsüm üçün sifariş edilməyib.
Heç edilməsi də planlara daxil deyil.
Məsələ ondadır ki, hazırda “Turan Tovuz” yeni mövsüm üçün 14 legioneri sifariş edib.
Bu isə o deməkdir ki, Marandiçinin adı siyahıya salınsa, klub onun üçün 100 min manat rüsum ödəməlidir.
Baş məşqçi Kurban Berdıyevin isə buna ehtiyac görməyib.
Komanda rəhbərliyi də uzun müddət yaşıl meydanlardan kənarda qalan futbolçu üçün bu qədər vəsait xərcləmək istəmir.
29 yaşlı futbolçu əsas komanda ilə məşq etməklə formasını bərpa etməyi düşünür.
Məqsəd Denisə yenidən forma toplamaq və özünə yeni klub tapmaq imkanı verməkdir.
Qeyd edək ki, Marandiç 2024-cü ilin dekabrın 3-də keçirilən “Turan Tovuz” – “Sabah” matçının 20-ci dəqiqəsində ağır zədə alıb. Onun ayağı sınıb.
XANOĞLAN/ SPORTİNFO.AZ
