Kurban Berdiyev: “Mövsümün sonunda vəziyyətə baxarıq”

7 Sentyabr 00:40 Turan 466
Kurban Berdiyev: “Mövsümün sonunda vəziyyətə baxarıq”

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz"un baş məşqçisi Kurban Berdiyev Misli Premyer Liqasının 4-cü turunun "Sumqayıt"a (2:1) qarşı keçirilmiş mətbuat konfransında sualları cavablandırıb.

- Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik.

- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?

- Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.

- Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi?

- Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.

Digər Xəbərlər
Xəbər Lenti