“Mbappe və mən dünyanın ən yaxşı futbolçularıyıq” - Yamaldan İDDİA

12:20 Dünya futbolu 1 441
“Mbappe və mən dünyanın ən yaxşı futbolçularıyıq” - Yamaldan İDDİA

“Barselona”nın ulduzu Lamin Yamal maraqlı açıqlaması ilə diqqət çəkib.

Sportinfo.az xəbər verir ki, o, “Qızıl top”un hansı futbolçuya verilməsi ilə bağlı sualı cavablandırıb.

“Məncə, bu il qazandıqlarımı nəzərə alsaq, mükafata mən layiqəm. Mənim üçün Mbappe və mən dünyanın ən yaxşı futbolçularıyıq. Oyunları izləyən hər kəs bunu bilir” – yarımmüdafiəçi vurğulayıb.

Futbolda ən nüfuzlu fərdi mükafat hesab olunan “Qızıl top” oktyabrın 26-da Londonda keçiriləcək mərasimdə təqdim olunacaq.

Yamal və Mbappe ilə yanaşı, Harri Keyn və Usman Dembele kimi futbolçular da mükafat uğrunda mübarizə aparırlar.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"