Azərbaycanda tanınmış baş məşqçinin istefasını bu cür tələb etdilər - VİDEO

31 Avqust 08:20 Turan 1 249
Azərbaycanda tanınmış baş məşqçinin istefasını bu cür tələb etdilər -  VİDEO

Misli Premyer Liqasının 3-cü turu çərçivəsində keçirilən Qərb derbisində “Kəpəz” öz meydanında “Turan Tovuz”u 1:0 hesabı ilə məğlub edib.

Sportinfo.az xəbər verir ki, Gəncə şəhər stadionunda baş tutan qarşılaşmada meydan sahibləri azarkeşləri önündə vacib 3 xal qazanıblar.

Qeyd edək ki, Qərb derbisində gəncəlilərin minimal hesablı qələbəsindən sonra gərgin anlar yaşanıb. Belə ki, məğlubiyyəti həzm edə bilməyən “Turan Tovuz” fanatlarının əsəbləri tarıma çəkilib.

Qonaq komandanın azarkeşləri matçın ardından komandanın baş məşqçisi Kurban Berdiyevə kəskin etiraz bildirərək təcrübəli mütəxəssisi istefaya səsləyiblər.

Həmin görüntüləri təqdim edirik:

Digər Xəbərlər
Xəbər Lenti