Oktyabrda Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının daha bir iştirakçısı rəsmiləşib.
Sportinfo.az xəbər verir ki, Zambiyanın müvafiq yaş qrupundan ibarət komandası turnir üçün ölkəmizə gələcək.
Zambiya Futbol Assosiasiyası artıq komandanın baş məşqçisini də müəyyənləşdirib.
U-15 komandasına Bakıdakı yarışda Brayan Kunsanam rəhbərlik edəcək. Mundiala ciddi hazırlaşan zambiyalılar geniş məşqçi korpusu təyin edib.
Dünya çempionatı 22-31 oktyabr aralığında keçiriləcək.
