400 min satışa çıxardığı klubun təsisçiliyindən PULSUZ İMTİNA etdi

11:40 II Divizion 1 426
400 min satışa çıxardığı klubun təsisçiliyindən PULSUZ İMTİNA etdi

Bilindiyi kimi, «Quba»nın adı bir müdət qabaq yenidən dəyişdirilib.

Ötən mövsümə kimi şimal rayonunu təmsil edən klub təkrar «Hypers»ə dönüb və Bərdənin adından II Liqada yarışır.

Ayaz Abdullayev təsisçisi olduğu «Hypers»i satmayıb. Klubun «əl dəyişməsi» prosesi pulsuz aparılıb.

Biznes sferasında çöküş yaşayan iş adamı 1 manat almadan təsisçilikdən imtina edib. O, «Hypers»in yaşaması naminə bu addımı atıb.

Halbuki cari ilin əvvəlində tamam fərqli mövqedə idi - potensial alıcılardan 400 min manat istəmişdi.

Komanda II Liqanın ilk 3 turu ərzində eyni sayda xal toplayıb.

1 qələbə qazanan və 2 dəfə məğlubiyyətlə üzləşən kollektiv turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti