Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda

8 Sentyabr 02:30 Turan 480
Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda

“Turan Tovuz” Premyer Liqada 100-cü ev qoluna imza atıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, yubiley qoluna Xorxe Silva imza atıb.

O, Misli Premyer Liqasının IV turunun “Sumqayıt”la görüşündə qələbə (2:1) topunu vurub.

Bu, komandanın turnirdəki 73-cü ev görüşünə təsadüf edib. “Turan Tovuz” Premyer Liqada 100 və daha çox qol vuran 24-cü komanda olub.

Klub tarixində Premyer Liqadakı ilk qol 2022-ci il sentyabrın 9-da vurulub. “Kəpəz”lə görüşdə (2:0) hesabı Runi Eva açıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Oktyabr 18:10 Çək və bizə göndər!
16 Oktyabr 15:10 "Sportinfo TV”də GÜNDƏM