“Neftçi“dən gedəni “Şəfa“da görməyəcəyik – Çox pul istəyib

11:20 Gündəm 62
“Neftçi“dən gedəni “Şəfa“da görməyəcəyik – Çox pul istəyib

Azərbaycan yığmasının sabiq yarımmüdafiəçisi Elvin Camalov “Şəfa“ya keçməyəcək.

Bu barədə paytaxt təmsilçisindən saytımıza bildirilib.

Redaksiyamıza verilən məlumata görə, dünən “Neftçi“ ilə yollarını ayıran 29 yaşlı oyunçu onların gündəmində yer almır.

22 ildən sonra Premyer Liqaya qayıtmış “göy-ağlar“ ona yayda təklif göndərib. Millinin keçmiş üzvü həmin vaxt “Şəfa“dan aylıq 15 min manat əməkhaqqı istəyib.

Bu niyyəti müsbət cavablandırılmayandan sonra tərəflər arasında danışıqlar dayandırılıb.

2025-ci ilin yanvarında “Sabah“dan “Neftçi”yə transfer olunmuş Elvin bu müddətdə 29 rəsmi oyun keçirib, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti