“Sabah”a kubok qazandıranın acı taleyi: Tanrının cavabı, yoxsa təsadüf? - VİDEO

16:40 Sabah 112
“Sabah”a kubok qazandıranın acı taleyi: Tanrının cavabı, yoxsa təsadüf? - VİDEO

Futbol qəribəliklərlə doludur.

Bir vaxt klubun qəhrəmanı olan, oyunu ilə azarkeşlərin könlünə yer tapan hansısa futbolçu günlərin birində lazımsıza çevrilir.

Ya uzun müddətli zədə alır, ya intizamsızlığı başına bəla olur, ya da “ulduz xəstəliyinə” tutulur.

“Sabah”ın sabiq hücumçusu Pavol Şafrankonu xmütləq ki, xatırlayırsınız.

Vaxt var idi ki, “tələbələr”in hücum xəttini Şafrankosuz təsəvvür etmək mümkün deyil. 2024-cü ilin yayında “Sabah”la müqavilə bağlayan kimi nəyə qadir olduğunu vurduğu qollarla göstərdi.

2024/25 mövsümündə avrokuboklarda 4 matçda 2 dəfə fərqləndi, Premyer Liqada 34 oyunda 9 qol vurub, 2 məshuldar ötürmənin müəllifi oldu, Azərbaycan kubokunda 6 qarşılaşmada 2 dəfə fərqlənməklə komandasının titul qazanmasında önəmli rol oynadı.

Klubdakılara xoş olmadı - Bu il oynamayacaq, yenə əməliyyat olunmalıdır

Şafrankonu həmin mövsümdə “şəhrayı-qaralar”ın ən önəmli fiquru adlandıra bilərik.

Əslində, növbəti “futbol ili”nə də pis başlamamışdı. Ötən ilin yayında avrokuboklarda 6 matçda rəqib qapıçıları 4 dəfə məyus edib, 1 assist etmiş, çempionatda 5 görüşdə 1 dəfə fərqlənmişdi.

Lakin sentyabrda aldığı ağır zədə onu uzun müddət yaşıl meydanlardan uzaq saldı. Oktyabrdan maya qədər 8 aylıq periodu müalicəyə və bərpaya sərf etdi. “Sabah”la müqaviləsi başa çatdı və yollar ayrıldı.

Pavolun ölkəmizi tərk etməsindən 4 ay vaxt ötüb. Di gəl, bu günə qədər işsizdir, heç bir klubla müqavilə bağlamayıb. Bu da hüç şübhəsiz, düz 1 ildir futbol oynamaması ilə bağlıdır.

Elə adam olmadı ki, onun bu halına canı yanmasın - Bədbəxt hadisənin VİDEOsu

Bu yerdə göz önünə maraqlı bir hadisə-bənzətmə gəlir.

Deməli, 2024-cü ilin dekabr ayında Tovuzda keçirilən “Turan Tovuz” – “Sabah” görüşündə Şafranko ikili epizodda istəmədən rəqib müdafiıəçi Denis Marandiçinin ayağını sındırmışdı.

Moldovalı futbolçu nə az, nə çox, 20 ay futboldan uzaq düşdü. Yaşıl meydanlara dönüşü ötən həftə “Araz-Naxçıvan”la oyuna təsadüf etdi.

İndi isə eyni aqibəti özü yaşayır. Bilmirəm, bu, Tanrının ona cavabıdır, yoxsa təsadüf. Fakt faktılığında qalır, slovakiyalı hücumçu 1 ildir futbolsuz, 4 aydır klubsuzdur.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti