“Bizə fərqi yoxdur, bu, “Mançester Yunayted”dir, “Şəfa”dır, ya “Kəpəz”dir”

12:40 Sabah 83
“Bizə fərqi yoxdur, bu, “Mançester Yunayted”dir, “Şəfa”dır, ya “Kəpəz”dir”

“Sabah”ın müdafiəçisi Rəhman Daşdəmirov Premyer Liqanın beşinci turunda “Şəfa” ilə oyundan (3:0) sonra fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, yaxşı oynadıqlarını və qələbə qazandıqlarını bildirib:

“Oyun fikrimcə, yaxşı keçdi. Yaxşı oynadıq. Rəqib də bizə qarşı yaxşı hazırlaşmışdı.

Düşən fürsətlərdən istifadə etdik, qələbə qazandıq. Komanda yoldaşlarımı, azarkeşləri təbrik edirəm”.

Çempionlar Liqası oyunundan sonra Premyer Liqaya köklənməklə bağlı suala Daşdəmirov belə cavab verib:

“Həmişə oynadığımız kimi. Fərqli bir şey yoxdur. Hər rəqibə qarşı ciddi hazırlaşırıq.

Fərqi yoxdur, bu, “Mançester Yunayted”dir, “Şəfa”dır, ya “Kəpəz”dir. Hər komandaya qarşı ciddi hazırlaşırıq”.

“Mançester Yunayted”lə oyundan sonra komandaya və futbolçulara yönələn tənqidlərə futbolçu belə münasibət bildirib:

“Sözün doğrusu, görmədim. Amma tənqid varsa, bu, normaldır. Səhvlər qaçılmazdır.

Çalışacağıq səhvlərin üzərində işləyək, gələcək oyunlarda səhv etməməyə çalışacağıq”.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"