Kurban Berdiyev daha 2 TRANSFER istədi - “10 nömrə” və…

15:00 Turan 188
Kurban Berdiyev daha 2 TRANSFER istədi - “10 nömrə” və…

Premyer Liqanın ilk 2 turunda 4 xal toplayan "Turan Tovuz" transfer çalışmalarını davam etdirir.

Kurban Berdiyev heyətin gücləndirilməsi yönündə çalışmaların sürətləndirilməsini istəyib.

Rəhbərliklə komandanın mövcud vəziyyətinə dair müzakirələr aparan baş məşqçi iki yeni oyunçunun alınmasına büdcə ayrılmasını xahiş eləyib.

Rusiyalı çalışdırıcı "10 nömrə" ilə yanaşı, dayaq yarımmüdafiəçisi mövqeyinə legioner alınmasında maraqlıdır.

Ötən mövsüm çempionatın bürünc medalçısı olan qərb klubu bu yay Dioqo Balau ("Şamaxı"), Aleksey Kenyaykin ("Rubin", Rusiya), Stiv Beusnard (“Pau”, Fransa), Filip Damyanoviç ("Koper", Sloveniya) və Rahil Məmmədovu ("Araz-Naxçıvan") sıralarına qatıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti