Fransa millisinin və “Real”ın sabiq hücumçusu Kərim Benzema Avropaya qayıda bilər.
38 yaşlı ulduz hazırda azad agent statusundadır.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvardla Leverkuzen “Bayer”i maraqlanır.
Almaniya klubu ilə Benzemanın nümayəndələri arasında artıq əlaqə yaradılıb.
Benzema ötən mövsüm Səudiyyə Ərəbistanı çempionatında “Əl-Hilal”ın heyətində 10 matçda meydana çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib.
“Transfermarkt” portalı Fransa yığmasının sabiq üzvünün dəyərini 5 milyon avro qiymətləndirir.
