“Keyfiyyətimiz var, bu heyətlə, bu oyunla yaxşı şeylərə nail ola bilərik“

09:40 Araz-Naxçıvan 932
“Keyfiyyətimiz var, bu heyətlə, bu oyunla yaxşı şeylərə nail ola bilərik“

“Bu heyətlə, bu oyunla yaxşı şeylərə nail ola bilərik“.

“Araz-Naxçıvan”ın müdafiəçisi Luka Dumançiç Sportinfo.az-a açıqlamasında belə deyib.

Yayda “ağ-qırmızılar“la müqavilə bağlayan xorvatiyalı legioner ümid edir ki, yeni komandası Premyer Liqada düşdüyü “qara zolaq“dan çıxa biləcək:

“Çünki keyfiyyətli futbolçularımız var. Çempionatın ilk həftələrindəki nəticələri unudub, daha çox çalışıb, daha yaxşısına ümid etməliyik.

Bir neçə turdan sonra fərqli “Araz-Naxçıvan” görəcəyinizə inanıram. Bizim üçün hər şey irəlidədir.

Mövsüm hələ təzə başlayıb, qabaqda çox şey olacaq, çox şey dəyişəcək“.

Muxtar Respublika təmsilçisi 27 yaşlı balkanlı ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində “Albalonqa”, “Leççe”, “Stabya”, “Qozanno”, “Lukkeze”, “İnter” (Zapreviç), “Rudeş”, “Solin”, “Nafta 1903” və “Jalqiris”də çıxış edən mərkəz müdafiəçisi son 5 ayda İndoneziyada “Persis”in formasını geyinib.

O, 2016-cı ildə Xorvatiyanın U-19 komandasında 1 oyun keçirib.

Digər Xəbərlər
Xəbər Lenti