Ronaldo Azərbaycanda vurduğu qolun peşmanlığını yaşadı - VİDEO

01:10 Turan 142
Ronaldo Azərbaycanda vurduğu qolun peşmanlığını yaşadı - VİDEO

Misli Premyer Liqasında IV turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Turan Tovuz" evdə "Sumqayıt"ı qəbul edib.

Tovuz şəhər stadionunda reallaşan qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qərb təmsilçisinin heyətində 20-ci dəqiqədə Jo Batista, 60-cı dəqiqədə Jorje Silva fərqlənib. Qonaqların qolunu 9-cu dəqiqədə Ronaldo Vaskez vurub.

Xallarının sayını 7-yə çatdıran "Turan Tovuz" 4-cü pilləyə yüksəlib. Hesabında xal olmayan "kimyaçılar" sonuncu - 12-ci sırada qalıb.

"Turan Tovuz" - "Sumqayıt" 2:1

Tovuz şəhər stadionu, 4200 tamaşaçı
Baş hakim: Kamranbəy Rəhimov
Baş hakimin köməkçiləri: Şirmamed Mamedov, Kərim Zeynalov
Dördüncü hakim: Ruslan Quliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Seymur Səlimli
Sarı vərəqələr: Roberto Olabe, 44 (qeyri-idman hərəkəti); Hayderson Hurtado, 72 (qeyriidman hərəkəti); Rəhim Sadıxov, 76 (qeyri-idman hərəkəti); Aleksey Kenyaykin, 90+3 (oyunun bərpasının ləngidilməsi) // Ronaldo Vaskez, 19 (qeyri-idman hərəkəti); Sedrik Badolo, 33 (qeyri-idman hərəkəti); Höccət Haqverdi, 45+2 (hakimin qərarına etiraz); İsa Suliman, 76 (hakimin qərarına etiraz)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Vinçenzo Çestaro, 60 (texniki zona qaydalarını pozduğuna görə) // Vurğun Hüseynov, 36 (texniki zona qaydalarını pozduğuna görə); Şahin Abdullayev, 60 (texniki zona qaydalarını pozduğuna görə)
Qollar: Joarlem Santos, 20; Xorxe Silva, 60 // Ronaldo Vaskez, 9
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 4 dəq.

“Turan Tovuz”
35. Aleksey Kenyaykin
17. Rəhim Sadıxov
(4. Rahil Məmmədov, 90+3)
3. Enrike Silva
90. Jo Batista
(21. Stiv Beusnar, 84)
15. Emmanuel Hakman (k)
32. Hayderson Hurtado
7. Xorxe Silva
19. Roberto Olabe
33. Filip Damyanoviç
8. David Tavareş
(23. Alexandro Serrano, 78)
11. Dioqo Balau
(77. Vadji İbrahima, 78)
Ehtiyat oyunçular:
1. Oleq Baklov
13. Mehman Hacıyev
10. Xəyal Nəcəfov
88. Faiq Hacıyev
99. Sadiq Şəfiyev
5. Roderik Miller
25. Denis Marandiçi
Baş məşqçi: Kurban Berdiyev

“Sumqayıt”
22. Xəyal Fərzullayev
3. Höccət Haqverdi (k)
(29. Emil Mustafayev, 72)
7. Rüstəm Əhmədzadə
17. Nihad Əhmədzadə
(11. Aleksa Yankoviç, 78)
4. İsa Suliman
42. Sedrik Badolo
10. Ronaldo Vaskez
(9. Jeam Oliveyra, 62)
80. Keffel Resende
(97. Vüsal Paşayev, 78)
55. Lukas Blek
21. Tiaqo Almeyda
(75. Nadir Orucov, 62)
5. Renan Santana
Ehtiyat oyunçular:
12. Aftandil Arixov
34. Ülvi Abbaslı
Baş məşqçi: Filipe Kandido

Digər Xəbərlər
Xəbər Lenti
6 Sentyabr 20:00 Çək və bizə göndər!
6 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
6 Sentyabr 02:20 Rüfət oynadı, uduzdular
5 Sentyabr 23:40 Altı qol - VİDEO