Abbasov: "Bu vəziyyət biz məşqçiləri də narahat edir"

16 Mart 2020 22:00 Sumqayıt 630
Abbasov: "Bu vəziyyət biz məşqçiləri də narahat edir"

«Qərar verilsə ki çempionat aprel ayı və ya daha gec başlamalıdır, o zamana kimi biz məşqləri bərpa etməliyik».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Sumqayıt»ın baş məşqçisi Ayxan Abbasov deyib.

Sumqayıtın eyniadlı təmsilçisi martın 14-də fəaliyyətini müvəqqəti dayandırmağa qərar verib. Yeni növ koronavirus (COVID-19) pandemiyasının dünya ölkələri arasında sürətlə yayılmaqda davam etməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarla əlaqədar “Sumqayıt”ın əsas, əvəzedici komandalarının, “Sumqayıt” Futbol Akademiyasının və “Sumqayıt” Futzal Məktəbinin məşqlərinə müvəqqəti olaraq fasilə verilib.

Gənc mütəxəssis bildirib ki, məcburi istirahət uzun çəksə, futbolçuların formaya düşməsi gec olacaq: «Qərarı gözləyirik. Məlum virusa görə bu duruma məcburuq.

Futbolçular da bilir ki, bu, virusdan qorunmaq lazımdır. Bir neçə həftə əvvəldən bu yöndə tapşırıqlarımızı vermişik. Digər sahələrdə fasilələr o qədər də problem olmur.

Ancaq idmançılar nə qədər çox istirahət edirlərsə, formalarından bir o qədər uzaqlaşırlar. Bu vəziyyət biz məşqçiləri də narahat edir. Ayın 18-də veriləcək qərara görə, çempionat nə vaxt bərpa olacaqsa, çalışacağıq ona kimi hazır olaq.

Futbolçulara 18-nə kimi istirahət vermişik. Heç ğiri harasa getməyib. Çünki hələ dəqiq qərar qəbul olmayıb ki, legionerlərə də harasa getməyə icazə verək.

Futbolçulara fərdi məşqlər vermişik. Ayın 18-də veriləcək qərara görə hərəkət edəcəyik».

Digər Xəbərlər
Xəbər Lenti