Premyer Liqa klubunda çıxış edən legionerin qardaşı da ölkəmizdə top qovacaq

21:00 Sumqayıt 207
Premyer Liqa klubunda çıxış edən legionerin qardaşı da ölkəmizdə top qovacaq

"Sumqayıt"ın yarımmüdafiəçisi Sedrik Badolonun qardaşı Akim Badolo da Azərbaycanda çıxış edəcək.

O, "kimyaçılar"la anlaşıb.

Amma əsas yox, əvəzedici komandada forma geyinəcək.

Akim Sedirikin kiçik qardaşıdır.

18 yaşı var.

Gənc futbolçu yarımmüdafiəçidir.

Əgər bu mövsüm "Sumqayıt-2"də özünü göstərə bilsə, yeni mövsümdən onu da əsas komandada görə bilərik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 23:40 Bu da o qollar - VİDEO