Albaniyadan ayrılan almaniyalı qapıçı Azərbaycanda çıxış edəcək - FOTO

3 Sentyabr 00:40 Sumqayıt 479
Albaniyadan ayrılan almaniyalı qapıçı Azərbaycanda çıxış edəcək - FOTO

Almaniyalı Leon Maurice Pöhls karyerasını Azərbaycanda davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Albaniyanın “Kategoria e Shpresës” nəşri məlumat yayıb.

29 yaşlı qapıçı ötən ilin yayında İrlandiyanın “Şemroks Rovers” klubundan ayrıldıqdan sonra Albaniya “Vlajniya”sına keçmişdi. Pöhls burada bir mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb.

Nəşrin məlumatına görə, almaniyalı qapıçı yeni mövsümdə Azərbaycanda çıxış edəcək. Onun artıq komandalarımızın biri ilə razılığa gəldiyi qeyd edilir.

Leonun “Sumqayıt”a gələcəyi gözlənlir. O, sosial şəbəkədə “kimyaçılar”ı izləməyə alıb.

c80a9acf 15a8 41bd a195 b909bc2a61c2 - Futbolinfo.az
Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM