"Sumqayıt" mövsümə uğursuz start verib. "Kimyaçılar" meydana çıxdığı 4 görüşdə cəmi 1 xal qazanıb.
Onu da sonuncu görüşdə "Şamaxı" ilə bərabərə qalaraq əldə edib.
Bu tur Kandidonun komandasını heç də asan oyun gözləmir.
Növbəti oyun çətin Gəncə səfərində olacaq.
Düzdü, "Kəpəz" heyətinə, büdcəsinə, keyfiyyətinə görə "Sumqayıt"dan geri qalır.
Kağız üzərində qələbəyə daha şanslı tərəfdir. Hətta udmağa məcburdur.
Amma meydan sahiblərinin 15 min azarkeş qarşısında oynamasını unutmaq olmaz. Onların dəstəyi ilə "Kəpəz" artıq iki qələbə qazanıb.
"Turan Tovuz" və "Qəbələ" buradan məyus yola salınıb.
Bu şərtlər altında "kimyaçılar"ın qələbə həsrətinə Gəncədə son qoymaq şanslarını varmı?
Suala cavab olaraq komandanın kapitanı İsa Süliman Sportinfo.az-a açıqlamasında iddalı danışıb:
"Şəxsən mən bu oyunu səbirsizliklə gözləyirəm. Belə azarkeşlər qarşısında oynamaq futbolu hansı anlar üçün oynadığımızı göstərir.
Yeni stadionumuzun açılışını xatırlayıram. Həmin vaxt Sumqayıt sakinləri stadionu doldurmuş və möhtəşəm atmosfer yaratmışdılar.
Əlbəttə, bu dəfə azarkeşlər bizə qarşı olacaq və rəqib də çox çətin komandadır.
Amma biz buna hazır olmalı və belə bir atmosferdə oynamaq fürsətindən zövq almalıyıq".
XANOĞLAN
