"Sumqayıt"ın pakistanlı müdafiəçisi İsa Sülimanı Sportinfo.az-a müsahibə verib.
- Premyer Liqanın 5-ci turunda "Şamaxı" ilə bərabərə (1:1) qaldız. Oyunla bağlı nə deyə bilərsən?
- Əlbəttə, oyundan sonra ilk hiss etdiyim məyusluq oldu. Çünki 3 xal qazanmaq istəyirdik və bu mərhələdə həmin xallar bizim üçün çox vacibdir. Amma indi etməli olduğumuz əsas şey nələri daha yaxşı edə biləcəyimizi müəyyənləşdirmək, analiz aparmaq, səhvlərimizi düzəltmək və növbəti oyuna hazırlaşmaqdır.
- Yenə qələbə qazanmaq mümkün olmadı. Problem nədir?
- Düşünmürəm ki, çatışmayan konkret məsələ var. Bir neçə amil bir yerdə mane olur. Dediyim kimi, oyunu analiz etməli, çatışmazlıqları müəyyənləşdirməli və bunların üzərində işləməliyik.
- Oyunun gedişində alışmadığımız qədər aqressiv idin. Bu nə ilə bağlıydı?
- Açığı, oyun zamanı özümü həmişəkindən daha aqressiv hiss etmirdim. Əgər kənardan belə görünübsə, bunun səbəbi sadəcə qələbə qazanmaq istəyimdir. Mən həmişə meydanda 100 faizimi verməyə çalışıram.
- Sonuncu pillədə olmaq liqadan düşmək kimi narahatlıq yaradır?
- Bunun haqqında düşünmək və narahat olmaq üçün hələ çox erkəndir. Hazırda bu, bizim fikrimizdə deyil. Daha yaxşı oyunlar və nəticələr əldə etsək, hər şey dəyişəcək.
XANOĞLAN İMANOV
