Premyer Liqa təmsilçisi almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

4 Sentyabr 11:40 Sumqayıt 854
Premyer Liqa təmsilçisi almaniyalı ilə anlaşmaqdan İMTİNA ETDİ

Leon Maurice Pöhls karyerasını Azərbaycanda davam etdirə bilməyəcək.

29 yaşlı qapıçı ötən ilin yayında “Şemroks Rovers”dən (İrlandiya) ayrıldıqdan sonra “Vlajniya”ya keçmişdi.

Almaniyalı kiper Albaniyada 1 mövsüm çıxış etdikdən sonra klubla yollarını ayırıb.

Üç aydır axtarışda olan Pöhls “Sumqayıt“lə danışıqlar aparsa da, anlaşma baş tutmayıb.

İki səbəbdən - o, oyun praktikasından azlığından əziyyət çəkməklə yanaşı, zədəlidir.

Odur ki, “kimyaçılar“ riskə getməyb və üzünü başqa səmtə çevirib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti