İsveç millisinin “çərçivə”sini qorudu, Premyer Liqamıza gəldi

01:50 Sumqayıt 162
İsveç millisinin “çərçivə”sini qorudu, Premyer Liqamıza gəldi

“Sumqayıt” daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Sumqayıt təmsilçisi son klubu Təbriz “Traktor”u olan qapıçı Marko Yohansson ilə mövsümün sonunadək müqavilə imzalayıb. 28 yaşlı isveçli "16” nömrəli formada çıxış edəcək.

“Malmö"nün yetirməsi olan Marko Yohansson karyerası boyunca “Hamburq”, “Bohum”, “Ayntraxt” (Braunşveyq) kimi klublarda çıxış edib.

O, vətəni İsveçin U-15-U-21 arası yaş qrupları üzrə millilərinin də şərəfini qoruyub.

"Sumqayıt" bu yay Emil Mustafayev ("Polissya", Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), Jeam Oliveyra ("Kaşias", Braziliya), Lukas Blak (son klubu “Ferroviario”, Braziliya), Renan Santana (son klubu “Famalikao”, Portuqaliya) və Mamadi Banqreni ("Qrenobl", Fransa) heyətinə cəlb edib.

Digər Xəbərlər
Xəbər Lenti
19 Sentyabr 18:10 Çək və bizə göndər!
19 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM