Yaxın vaxtlarda “Sumqayıt”a yeni məşqçi gətiriləcək.
Aldığımız məlumata görə, “kimyaçılar“ hazırda fiziki hazırlıq üzrə mütəxəssis axtarışındadır.
Komandanın çalışdırıcısı Filipe Kandidonun istəyi üzərinə hərəkətə keçən rəhbərlik hazırda bir neçə əcnəbi ilə danışıqlar aparır.
İyulda sükan arxasına gətirilmiş portuqaliyalı bu qənaətdədir ki, əksər futbolçuların fiziki hazırlığı istənilən səviyyədə deyil.
O, bunun səbəbini əksər oyunçuların düşərgəyə gec qoşlumasıyla əlaqələndirib.
Kandidonun fikrincə, onların hərəsi ayrı-ayrı vaxtda bura gəldiyindən, Premyer Liqada keçirdikləri ilk 2 oyunda arzuladıqları nəticələri əldə edə bilməyiblər.
Gənc mütəxəssis hesab edir ki, zaman keçdikcə komanda öz oyununu tapacaq və yaxşı nəticələr qazanacaq.
“Gənclik şəhəri“ təmsilçisi çempionatın geridə qalan bölümündə iki ev matçına çıxıb. Öncə “Neftçi“yə 1:3, ardınca “Qarabağ“a 0:1 hesabıyla uduzublar.
Xalsız qalan sumqayıtlılar turnir cədvəlinin sonuncu - 12-ci pilləsində qərarlaşıb.
SPORTİNFO.AZ
