COP29

Premyer Liqa klubunda müəmma davam edir

22 May 20:40 Sumqayıt 1 309
Premyer Liqa klubunda müəmma davam edir

“Sumqayıt” Premyer Liqanın 35-ci turunu yalnız “Sabah”a məğlubiyyətlə qapamadı, həm də komandanın əsas simalarından biri sayılan Rövlan Muradovu itirdi.

Oyun günü baş tutmalı olan toy məclisini təxirə salıb matça çıxan futbolçu 16-cı dəqiqədə ağır xəsarət alaraq meydanı ağrılar içində tərk etməli oldu.

26 yaşlı cinah oyunçusunun durumu ehtimal olunandan daha yaxşıdır.

Amma həkim nəzarətində olan “7 nömrə” məşqlərə hələ də çıxmır.

Ayağında şiş olan futbolçunun son turda “Qəbələ" ilə çox əhəmiyyətli matçda meydana çıxıb-çıxmayacağı sual olaraq qalır.

Tibbi heyət son anda öz qərarını məşqçilər korpusuna təqdim edəcək.

Rövlan bu mövsüm meydana çıxdığı 38 oyunda 5 qol, 8 asistlə yadda qalıb.

“Sumqayıt” – "Qəbələ” qarşılaşması 25 may, saat 19:00-da start götürəcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti