Niyə Kamran Quliyev yox, o?

24 Sentyabr 16:05 Sumqayıt 503
Niyə Kamran Quliyev yox, o?

Erik Sorqanın yeni gəldiyi ilk günlər idi.

Bizə danışmışdı. Demişdi ki, neçə qol vuracağımı indidən vəd etmirəm, onları mövsümün sonunda sayarıq

Premyer Liqada 6 oyun keçirən estoniyalı hücumçu hələlik 1 qol vurub. Onu da ilk turda «Səbail»ə, penaltidən.

O, Samir Abasovdan ən çox etimad göstərən legionerlərdən biridir. Əcnəbilərə həmişə üstünlük verən baş məşqçi Sorqanı digər ön xətt oyunçularından daha bacarıqlı sayır.

Eston buna layiqdir, layiq deyil, bu, başqa məsələ. Hər halda «Turan Tovuz»la qarşılaşmada qaçırdığı fürsətlər Sorqanın səviyyəsi barədə müəyyən qənaətə gəlməyə əsas verir.

«Sumqayıt» cari mövsüm xeyli transfer edib, Kamran Quliyev də onların arasındadır.

Açığı, mən Kamranın Sorqandan daha səmərəli olmasına inanıram.

Əminəm ki, o, eston həmkarı qədər meydan alsa, «Sumqayıt» bundan çox şey qazanar.

Qoy, Samir Abasov gələn dəfə sübut eləsin ki, mən yanlış fikirləşirəm.

Əsla, Samir bəyin məşqçiliyinə şübhə etmirəm, kölgə salmıram. Necə də olmasa, o, «Neftçi»yə çempionluq qazandırmış sonuncu azərbaycanlı mütəxəssisdir.

Demək istədiyim odur ki, bu «Sumqayıt»la normal işlər görmək mümkündür.

Allah tərəfi, hazırkı heyət keçənilkindən yaxşıdırvə görünür ki, istər klub rəhbərliyi, istərsə də məşqçi korpusu bu yay yalnız xoş istirahət etməyib, həmçinin seleksiya prosesinə ciddi yanaşıb.

Sadəcə, düşərgədə olan futbolçulardan düzgün və yerində istifadə etmək vacibdir.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 23:40 "Bəli, məyusluq oldu"