İstədikləri pulu versinlər – Bu dəfə bağışlasın!

5 Dekabr 2022 15:00 Sumqayıt 770
İstədikləri pulu versinlər – Bu dəfə bağışlasın!

Mövsümün ilk qələbəsini 4 aydan artıq müddətdə gözləyən komanda «Sumqayıt» adlanır.

Nəhayət, 16-cı turda istəklərinə çatdılar.

Bu, Samir Abasovun üzü güldü. Sevincindən uçmağa qanadı yox idi.

Kim olsa, belə sevinərdi. Axı bir adam nəvaxtadək məğlubiyyətlərin altında əzilib-sıxılar, onu-bunu təbrik edər.

Keçən həftənin əvvəlində Gəncəyə ilk səfərini etmiş, burada da kubok yarışından geri çəkilmiş «Sumqayıt»ın budəfəki qayıdışı o cür alınmadı.

İlk dəqiqələrdən həvəsli təsir bağışladılar. O an üçün 89 dəqiqə dözdülər. Vurğun Hüseynov cərimə zərbəsindən havalandırılan topu bir baş zərbəsiylə qapının uzaq küncünə ünvanladı.

Gözəl qol alındı. Sükutu pozan bu qolun mükafatı böyük olmalıdır.

Futbolçular nə qədər istəyəcək, rəhbərlik də o qədər ödəmə etməlidir. Əsas «qara zolaq»dan çıxmaqdır və Gəncədəki qələbənin ardı gəlməlidir.

Vüqar Mustafayevi də bağışlamaq yerinə düşər. Yüksələn əhval-ruhiyyəni vitse-kapitanın 83-cü dəqiqədə aldığı qırmızı vərəqəyə görə korlamaq təhlükəli olar.

Baş məşqçi necə dəmir nizam-intizam tərəfdarı olur-olsun, bəzən güzəştə getməyi, jest etməyi bacarmalıdır. Komandanı qorumaq naminə.

Güman edirəm ki, Samir Abasov bu məqamı nəzərə alacaq, hadisənin üstündən keçəcək, Vüqarı bağışlayacaq.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"