“Sumqayıt” üçün havayı – Pulsuz qərar verdlər

18 İyul 2021 21:00 Sumqayıt 1 474
“Sumqayıt” üçün havayı – Pulsuz qərar verdlər

Avropa Liqasının II təsnifat mərhələsində “Sumqayıt”la qarşılaşacaq “Çukariçki”nin Belqraddakı oyununa azarkeşlər buraxılacaq.

Sportinfo.az xəbər verir ki, klub rəhbərliyi matç öncəsi maraqlı addım atıb.

İyulun 21-də “Çukariçki” stadionunda keçiriləcək görüşün şərq tribunaları üçün biletlər havayı paylanılacaq. Azarkeşlər iyulun 20-dən etibarən arenanın kassalarından şəxsiyyət vəsiqəsini göstərərək biletlərini ala bilərlər.

Bir nəfərə maksimum 4 bilet verilməsi qərara alınıb. Serbiya təmsilçisi tarixində ilk dəfə avrokubokların III təsnifat mərhələsinə yüksəlməyi hədəfləyir və rəhbərlik bunda azarkeşlərin dəstəyinin böyük rol oynayacağını düşünür.

İyulun 21-də keçiriləcək “Çukariçki” – “Sumqayıt” oyunu Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti