"Sumqayıt"da yeni müqavilə

24 İyun 2021 16:20 Sumqayıt 553
"Sumqayıt"da yeni müqavilə

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, müdafiəçi Elvin Bədəlovla iki illik anlaşma imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən komandanın şərəfini qoruyan Elvin Bədəlov ümümilikdə 45 oyunda meydana çıxıb. Elvin həmçinin Azərbaycanın U-16, U-17, U-18, U-19, U-21 və "A" millilərinin uğurları üçün çalışıb.

Digər Xəbərlər
Xəbər Lenti