“Sumqayıt” əldə etdi - 50

16 Fevral 2021 16:20 Sumqayıt 717
“Sumqayıt” əldə etdi - 50

“Səbail“ə 3:0 hesabı ilə qalib gələn “Sumqayıt” Premyer Liqada 50-ci ev qələbəsini əldə edib.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi buna öz meydanında keçirdiyi 144-cü matçda nail olub.

“100”ü yarılayan sumqayıtlıların digər ev görüşlərində 36 heç-heçə və 58 məğlubiyyət qeydə alınıb.

“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə imza atmamışdı.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu