“Ondan başqa danışıq apardığımız məşqçi yoxdur”

7 İyun 2024 03:10 Şamaxı 1 831
“Ondan başqa danışıq apardığımız məşqçi yoxdur”

"Hazırda Ayxan Abbasovdan başqa danışıq apardığımız mütəxəssis yoxdur".

Sportinfo.az xəbər verir ki, bunu report”a açıqlamasında baş məşqçi axtarışlarını davam etdirən “Şamaxı”nın baş meneceri Kamran İsmayılov deyib.

Klub rəsmisi bir neçə gün öncə vəzifəsindən ayrılan Ramiz Məmmədovun əvəzinə “Turan Tovuz”un sabiq baş məşqçisi Ayxan Abbasovla danışıqlar apardıqlarını təsdiqləyib:

“Ramiz Məmmədovla müqavilə uzadılmadı. Yeni məşqçi barəsində konkret nöqtə qoyulmayıb.

Gizlətmirəm, Ayxan Abbasovla danışıqlarımız davam edir. Müəyyən suallar qalıb.

Danışıqlarımız müsbət yekunlaşa və bitə bilər. Ortaq məxrəcə gəlmək istəyirik”.

K.İsmayılov Ramiz Məmmədovun İdarə Heyətinin sədri kimi daha önəmli işlər gördüyünü vurğulayıb:

“Ramiz Məmmədov hələ baş məşqçi vəzifəsinə gətirilməmişdən əvvəl klubda çalışırdı. Çətin dönəmdə komandanı götürüb bəlli nöqtəyə gətirdi.

İdarə Heyətinin iclasında qərar qəbul olunub. Ramiz Məmmədov İdarə Heyətinin sədr müavini kimi daha önəmli işlər görür”.

Klub rəsmisi heyətdə mümkün dəyişikliklərə toxunub:

“Səhv etmirəmsə, 12-13 futbolçunun müqaviləsi davam edir. Hər biri komandadadır.

Baş məşqçi məsələsinə nöqtə qoyandan sonra transferlərə yenidən baxılacaq.

Kimlərisə icarəyə göndərə və ya yolları ayıra bilərik. Bunlar hamısı hüquqi çərçivədə olacaq”.

"Şamaxı" Azərbaycan Premyer Liqasının 2024/2025 mövsümündə iştirak hüququ qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?