"Keşlə" rəhbərliyi virusun acığını kasıb işçilərindən çıxdı

15 Aprel 2020 12:45 Şamaxı 899
"Keşlə" rəhbərliyi virusun acığını kasıb işçilərindən çıxdı

Koronavirus tədricən Azərbaycan klublarını bir-bir zərər-ziyan gətirməkdədir.

AFFA-dan maliyyələşən I Divizion komandalarının mart ödəmələrinin 50 faiz kəsilməsini dünən xəbər vermişdik.

Sportinfo.az-a daxil olan yeni məlumata görə, böhran federasiyadan pul alan Premyer Liqa təmsilçilərini də «vurub».

Onlardan biri də «Keşlə»dir. Paytaxt klubunun rəhbərliyi əsas komandanın məşqçi və futbolçularının maaşlarını ödəmək üçün «fərqli yol» seçib».

Burada çalışan işçilərin, o cümlədən, mühafizəçilərin ötən aya olan əməkhaqqısı tamamilə kəsilib. Texniki personalı naprel ayının maaşını alması da sual altındadır. Bu da düşərgədə ciddi narazılıq və ikitirəlik yaradıb.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?