COP29

Görün, Azərbaycanda o illərdə nə klublar olub!

24 May 02:40 Şamaxı 1 041
Görün, Azərbaycanda o illərdə nə klublar olub!

I Liqada çempion müəyyənləşib. “Şamaxı” tarixində ilk dəfə aşağı dəstənin qalibi olub.

Sportinfo.az xəbər verir ki, Ramiz Məmmədovun baş məşqçisi olduğu komanda sonuncu – XXVII turda qızıl medalı rəsmiləşdirib.

Şamaxının eyniadlı təmsilçisi evdə “Araz Saatlı”ya qalib gəlib - 3:1. Bununla da xal hesabını 57-yə çatdıran bölgə təmsilçisi 1-ci yeri tutub.

“Şamaxı” müxtəlif illərdə I dəstə və I divizion adlanan I Liqada çempionluq yaşayan 26-cı komandadır.

Onlardan 5-i - “Araz Naxçıvan”, MOİK, “Neftçala”, “Qaradağ Lökbatan” və “Turan Tovuz” iki, digər 21-i hərəyə 1 dəfə çempion olub.

1993/94 mövsümündə iki qrupun qalibi arasında final baş tutmayıb. Güclülər dəstəsinə yüksələn hər iki komanda liqanın qalibi sayılıb. 1997/98, 1998/99, 2002/03 mövsümlərində yarış keçirilməyib.

Turnirin qalibləri həmin vaxt olduğu deyil, sonradan daşıdığı adla göstərilib.

I Liqanın qalibləri

1992. ANS Pivani (Bakı)
1993. "Xəzri" (Buzovna)
1993/94. "Azneftyağ" (Bakı) və "Zabrat"
1994/95. "Şəmkir"
1995/96. "Xəzər" (Sumqayıt)
1996/97. "Göyçay"
1999/2000. "Şahdağ" (Quba)
2000/01. MOİK (Bakı)
2001/02. "Lokomotiv" (İmişli)
2003/04. "Gənclərbirliyi" (Sumqayıt)
2004/05. "Şüvəlan" (Bakı)
2005/06. "Qəbələ"
2006/07. "Masallı"
2007/08. "Bakılı"
2008/09. ABN (Bərdə)
2009/10. "Kəpəz" (Gəncə)
2010/11. "Abşeron" (Bakı)
2011/12. "Qaradağ Lökbatan" (Bakı)
2012/13. "Ağsu"
2013/14. "Araz Naxçıvan"
2014/15. "Neftçala"
2015/16. "Neftçala"
2016/17. "Turan Tovuz"
2017/18. "Xəzər" (Bakı)
2018/19. MOİK (Bakı)
2019/20. "Turan Tovuz"
2020/21. "Neftçi-2" (Bakı)
2021/22. "Qaradağ Lökbatan" (Bakı)
2022/23. "Araz Naxçıvan"
2023/24. "Şamaxı"

Digər Xəbərlər
Xəbər Lenti
22 İyun 16:10 Çək və bizə göndər!
22 İyun 10:40 Səmərəni burada gör!