SON DƏQİQƏ: Məşhur futbolçunun qardaşı da Azərbaycanı tərk edir

11 Yanvar 2025 15:00 Şamaxı 3 762
SON DƏQİQƏ: Məşhur futbolçunun qardaşı da Azərbaycanı tərk edir

“Şamaxı” daha bir futbolçu ilə yollarını ayırmağa hazırlaşır.

Ötən ilin yayında komandaya cəlb olunan Conatan Benteke bundan sonra bölgə təmsilçisinin formasını geyinməyəcək.

29 yaşlı belçikalı hücumçu ilə danışıqlar son mərhələyə çatıb. Vaxtilə “Liverpul”un şərəfini qorumuş Kristian Bentekenin kiçik qardaşı olan Conatanın özü də daha çox şans qazanacağı ünvana üz tutmaqda maraqlıdır.

Ayrılıq xəbərinin yaxın saatlarda açıqlanacağı gözlənilir.

Conatan Benteke cari mövsümdə “Şamaxı”nın formasında meydana çıxdığı 16 oyunda nə qol vurub, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!