Premyer Liqada belə klubun olmasına inanmaq çətindir, amma…

19 Mart 2023 17:00 Şamaxı 1 472
Premyer Liqada belə klubun olmasına inanmaq çətindir, amma…

Yeni ildən sonrakı «Şamaxı» göz doldurmur.

Boşluğa düşüblər.

İrəliyə doğru bir addım ata bilmirlər. Başlarını itirmiş kimidirlər.

Heç yaxşı görüntü deyil.

Düşərgə qaynamır. Lal bir sükut çöküb ortalığa. Bu da müvəqqətidir. Sezonun sonu yaxınlaşdıqca, bir tərpəniş olacaq, narahatlıq və narazılıq açıq forma alacaq.

Həyacan artmaqda davam edəcək. Bunun qarşısını almaq? Belə olması üçün idarəçilərin Cavid Hüseynovun arxasında dağ kimi dayanması mütləqdir.

Eh, biz hansı idarəçilərdən, hansı peşəkarlıqdan danışırıq, arzulayırıq..?

Səfərə yollanan komandanın cəmi 1 dəst geyimi var. «Qəbələ» istəsəydi, «Şamaxı»ya texniki məğlubiyyət verdirərdi.

Deyərdilər, bizə nə, özünüzlə səfər formasını gətirərdiz. Səslərini çıxarmadılar, qırmızı formanı ağ geyimə dəyişdilər.

Bu, xırda element deyil. Hər şey elə buradan başlayır. Bir foria problemini həll etməyən və ya həll etmək istəməyən klubun axı Premyer Liqada nə işi var?

Hələ üzdə olan, bilinən budur. İndi görün, Cavid Hüseynov gündəlik iş prosesində hansı çətinliklərlə üzləşir. Hamısını bilmirik, amma təxmin edirik.

Dözmək var e, dözmək. Komandaya ikinci formanı almayan funksionerlərin Cavid Hüseynovdan nəsə tələb etməyə nə elə, nə belə haqqı var.

«Şamaxı» Premyer Liqadan düşsə, burada mən bu cavanı heç nədə suçlamayacam.

Gerçək səbəbkarların siyahısı o qədər uzundur ki,..

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti