“Şamaxı”ya möhtac qalan futbolçuların ADLARI

15 İyul 2022 22:20 Şamaxı 2 055
“Şamaxı”ya möhtac qalan futbolçuların ADLARI

Mövsüm başa çatandan sonra heyəti parçalanan “Şamaxı” növbəti mövsümə hazırlaşır.

Klub rəhbərliyi, məşqçilər və futbolçu heyətindəki dəyişikliklərdən sonra baş məşqçi postu Cavid Hüseynova tapşırılıb.

Sadəcə, tələb olunan Pro lisenziyası olmadığından, sənəddə baş məşqçi kimi Vüqar Əsgərovun adı qeyd olunacaq.

Bölgə təmsilçisi mövsümə yeni çalışdırıcının rəhbərliyi altında doğma rayonda hazırlaşır. Lakin hər nə qədər maraqlı olsa da, komandada “qıfıllama əməliyyatı” həyata keçirilməkdədir.

Başda Cavid Hüseynov özü olmaqla hazırda toplanışda iştirak edən futbolçuların heç biri mətbuata açıqlama vermir. Çünki rəhbərlik səviyyəsində danışmamaq tapşırılıb.

İndi çoxlarını maraqlandıran əsas sual növbəti mövsümdə “Şamaxı”nın heyətində kimlərin top qovacağı və hazırda düşərgədə kimlərin olmasıdır.

Tam siyahını əldə etmək üçün çox çalışdıq. Lakin hamının adını öyrənmək mümkün olmadı. Məlum oldu ki, “qırmızılar”ın sıralarında 20-yə yaxın futbolçu var.

Bəziləri Cavid Hüseynovun etimadını qazanmağa çalışır, bəziləri ilə müqavilə bağlanacaq, yerdə qalanlar isə müqavilə ilə komandaya məxsus olanlardır.

“Şamaxı”nın təlim-məşq toplanışında tərk tökənlər bunlardır:

Bəhruz Teymurov, Elçin Rəhimli, Bahadur Quliyev, Rəhman Daşdəmirov, Əkbər Vəliyev, Amil Yunanov, Elvin Məmmədov, Elçin Mustafayev, Perviz Azadov, Kamal Mirzəyev.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti