“Şamaxı”nın yeni rəhbərliyi Cavid Hüseynovun baş məşqçi təyinatını niyə təsdiqləmədi?

14 İyul 2022 16:00 Şamaxı 1 723
“Şamaxı”nın yeni rəhbərliyi Cavid Hüseynovun baş məşqçi təyinatını niyə təsdiqləmədi?

Yeni rəhbərliyə tapşırılan "Şamaxı"da baş məşqçi dəyişikliyi olub.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, komandanın baş məşqçisi Rüstəm Əliyevin müqaviləsi qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Vüqar Əsgərli yeni baş məşqçi təyin edilib. Cavid Hüseynov, Rüstəm Əliyev və Elhad Nəziri isə onun köməkçiləri təyin edilib.

Kamran İsmayılov isə klubun baş meneceri vəzifəsinə gətirilib.

Mətbuat xidmətinin yaydığı xəbər protokol səciyyəlidir, rəsmiyyər üçündür. Komanda Cavid Hüseynova tapşırılıb. Bütün cavabdehlik ondadır.

Sadəcə, Hüseynovun Premyer Liqada baş məşqçi kimi çalışmaq üçün “Pro” kateqoriyası yoxdur. Bu lisenziyanı almağa ən real namizəd Vüqar Əsgərlidir.

Qızlardan ibarət yığmanın çalışdırıcısı hazırda AFFA-nın davam edən “Pro” kateqoriyalı kurslarının iştirakçısıdır.

Qaydaya görə, “Pro” kurslarına qatılan şəxs imtahan vaxtını gözləmədən, yəni sertifikat almazdan öncə peşəkar statuslu klublarda baş məşqçi olaraq çalışa bilər.

Cavid Hüseynov yaxınlarda “B” lisenziyasınəı əldə edib, “A” və “Pro”da oxumaq üçün hələ bir müddət gözləməlidir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti