«Şamaxı»da yeni mövsümlə bağlı planlar təkrar dəyişib.
Gyalət təmsilçisi Premyer Liqanın gələn mövsümündə legionerlərin xidmətindən istifadə etməyəcək.
Bu, baş məşqçi postuna gətirilən Cavid Hüseynovun qərarı deyil. O, əcnəbi futbolçuların xidmətində maraqlı olsa da, rayonun icra başçısı Tahir Məmmədov buna qarşı çıxıb.
Klubu nəzarətinə keçirən T.Məmmədov oyunçuların xaricdən dəvət edilməsini istəməyib, gənc çalışdırıcıya yalnız yerlilərə güvənməsini istəyib.
Bu gün üçün vəziyyət və qərar belədir. Təbii ki, C.Hüseynov düşdüyü durumdan haqlı olaraq narazıdır. Axı başa düşür ki, legionerlər gətirmədən normal komanda formalaşdırmaq qeyri-mümkündür.
SPORTİNFO.AZ

